Gəncədə avtobusun vurduğu piyada ölüb

  • 12:20 - 16 Fevral

Gəncədə piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

APA-nın  məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

11 saylı xətt üzrə işləyən mikroavtobus yolu keçmək istəyən 1934-cü il təvəllüdlü Abbasov Eldar Qara oğlunu vurub. Yaşlı kişi sürücü tərəfində xəstəxanaya aparılıb. Lakin həkimlərin səyinə baxmayaraq, Eldar Abbasovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 4390

Oxşar yazılar