Gəncədə şəhidimizin dəfn mərasimi keçirilib - Video (Yenilənib)

  • 14:35 - 16 Fevral

Fevralın 15-də Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini pozması nəticəsində şəhid olan Azərbaycan Milli Ordusunun giziri, Seymur Ələsgərov dəfn edilib.  

***

Gəncə şəhərində Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini pozması nəticəsində fevralın 15-də şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Seymur Ələsgərovla vida mərasimi başlayıb.

Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyaz Bayramov, Müdafiə Nazirliyinin nümayəndələri, şəhidin əsgər yoldaşları və şəhər ictimaiyyəti iştirak edir.

Mərasimdə çıxış edən Müdafiə Nazirliyinin nümayəndəsi Abdulla Qurbani, Gəncə Şəhər İcra Hakimiyyətin başçısı Niyazi Bayramov və digərləri çıxış edərək, Seymur Ələsgərovun şücaətindən söz açıb, düşmən tapdağı altında olan torpaqlarımızın tezliklə azad ediləcəyini bildiriblər.

 

Qeyd edək ki, şəhid S.Ələsgərov ailəli olub və 9 aylıq oğlu var.

S.Ələsgərov Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn olunacaq.

 

 

1 / 3

 


SuHjKmJZ3wI

Oxunma sayı: 11210

Oxşar yazılar