ABŞ Avropanın energetikasına 1 milyard vəsait ayıracaq

  • 23:07 - 15 Fevral

ABŞ Avropanın Rusiyadan energetik asılılığını azaldan layihələrə 1 milyard ABŞ dolları ayırmaq qərarını verib. 

Bunu ABŞ-ın dövlət katibi Mayk Pompeo söyləyib. 

Bu barədə o, Münhen konfransında danışıb: “Biz “Üç dəniz təşəbbüsü” çərçivəsində layihələrə 1 milyard dollar ayırmağa qərar verdik”. 

Daha sonra Dövlət Departamentinin nümayəndəsi Morqan Ortaqus “Twitter”də bu vəsaitin Avropanı “suverenlik, çiçəklənmə və energetik müstəqillik” ilə təmin edəcəyini vurğulayıb. 

Daha sonra M.Pompeo isə növbəti çıxışında dünya ictimaiyyətini Rusiyanın “Şimal axını – 2”nin sadəcə iqtisadi layihə olması barədə bəyanatlarına inanmamağa çağırıb. 

Qeyd edək ki, “Üç dəniz təşəbbüsü” 2016-cı ildə Adriatik, Baltik və Qara dəniz sahili ölkələrinin əməkdaşlıq haqqında imzaladıqları sazişdir. Bu birliyə Avstriya, Çexiya, Slovakiya, Xorvatiya, Macarıstan, Sloveniya, Rumıniya, Bolqarıstan, Polşa, Latviya, Litva və Estoniya daxildir. Avstriyadan başqa, bütün ölkələr NATO-ya daxildirlər.


Oxunma sayı: 6304

Oxşar yazılar