ABŞ Aİ təyyarələrinə rüsumu artırır

  • 19:10 - 15 Fevral

ABŞ hökuməti martın 18-dən etibarən Avropa İttifaqından (Aİ) idxal olunan təyyarələrə rüsumları 15%-ə qədər artırır.

TASS bildirir ki, bu barədə ABŞ-ın ticarət danışıqlarında nümayəndəsinin aparatının cümə günü yayılmış bəyanatında deyilir.

“ABŞ Aİ-dən idxal etdiyi təyyarələrə rüsumları 10%-dən 15%-ə qədər artırır, qərar 18 mart tarixində qüvvəyə minir”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, son vaxtlar ABŞ-Aİ ticarət münasibətlərində narahatlıq yaşanır.


Oxunma sayı: 6766

Oxşar yazılar