Ermənistanın Baş Qərargah rəisi parlamentə çağırıldı

  • 18:48 - 15 Fevral

Ermənistan parlamentində Silahlı Qüvvələrin Baş Qərargah rəisi Artak Davtyanın iştirakı ilə qapalı müzakirələr keçiriləcək.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə “Parlaq Ermənistan” partiyasından seçilən deputat Ani Samsonyan məlumat verib.

Onun sözlərinə görə, fevralın 18-də, saat 11.00-da İnsan hüquqlarının müdafiəsi və ictimai işlər, Müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi parlament komissiyalarının Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyanın iştirakı ilə birgə qapalı iclası keçiriləcək.

Deputat mövzunun məlum olduğunu desə də, bu barədə açıqlama verməyib.
 


Oxunma sayı: 5479

Oxşar yazılar