Türkiyə ərazisini qanunsuz yollarla tərk etmək istəyən 52 miqrant saxlanılıb

  • 17:55 - 15 Fevral

Türkiyənin İzmir şəhərinin Dikili rayonunda ölkə ərazisini qanunsuz yollarla tərk etmək istəyən 52 miqrant saxlanılıb.

Türkiyənin Sahil Mühafizə Xidmətinin əməkdaşları tərəfindən saxlanılan miqrantların Əfqanıstan vətəndaşları olduqları müəyyənləşib. Onlardan 26-sı uşaq, 11-i isə qadındır.

Həmin şəxslər aidiyyəti qurumlara təhvil veriliblər.


Oxunma sayı: 5259

Oxşar yazılar