MSK pozuntuların olduğunu əks etdirən 220 videogörüntünü araşdırıb

  • 17:38 - 15 Fevral

Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən sosial şəbəkələrdə yayılan görüntülərin maksimum araşdırılması təmin edilib.

Bunu MSK-nın bu gün keçirilən iclasında Komissiya üzvü Qabil Orucov deyib.

Onun sözlərinə görə, bütün görüntülər hər bir dairə və məntəqə üzrə araşdırılıb:

“Ümumi araşdırılan videogörüntülərin sayı hazırda 220-ni keçib. Bu görüntülər, ümumilikdə, 30 dairəni, 116 məntəqəni əhatə edir. MSK-ya daxil olan şikayətlər üzrə bəzi videogörüntülər sosial şəbəkələrdə paylaşılanlar olsa da, bəzisi müstəqil şəkildə yayılanlardır”.


Oxunma sayı: 11012

Oxşar yazılar