Sədr: "MSK-nın şöbə müdirini içəri buraxmamaq normal deyil"

  • 17:20 - 15 Fevral

“Bəzi seçilməyən namizədlər hansısa məqsəd üçün təxribat xarakterli addımlar atırlar”.

Avropa.info report-a istinadən  xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Komissiya sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, bəzi namizədlərin MSK qarşısında aksiya keçirməsi normaldır:

“Amma durub MSK-nın şöbə müdirini içəri buraxmamaq artıq normal deyil. Polisə müraciət edirik ki, bu barədə tədbir görsün. MSK-nın işinə mane olmaq olmaz. Kim olursa-olsun, bunu edirsə, qanun pozuntusudur”.


Oxunma sayı: 4786

Oxşar yazılar