Daha bir neçə seçki dairəsi üzrə müraciətlər müvafiq DSK-lara göndərilib

  • 15:00 - 15 Fevral

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş parlament seçkiləri ilə əlaqədar bir neçə Seçki Dairəsində səsvermənin nəticələri ilə bağlı müraciətlərə baxılıb. 

Avropa.info apa-ya istinadən xəbər verir ki, həmin müraciətlərin Dairə Seçki komissiyalarına (DSK) göndərilməsi ilə bağlı məsələ müzakirə olunub. 

İclasda 8 saylı Binəqədi Birinci, 15 saylı Yasamal Birinci, 18 saylı Nərimanov-Nizami, 29 saylı Səbail, 56 saylı Xaçmaz Kənd, 72 saylı Yardımlı-Masallı, 82 saylı Ağcabədi, 94 saylı Bərdə Kənd, 106 saylı Tovuz-Qazax-Ağstafa, 61 saylı Neftçala Seçki dairələri üzrə müraciətlərin araşdırılması üçün müvafiq DSK-lara göndərilməsi ilə bağlı qərar qəbul edilib.


Oxunma sayı: 6139

Oxşar yazılar