Avropada koronavirusla əlaqədar ilk ölüm faktı qeydə alındı

  • 14:42 - 15 Fevral

Çinli turist Fransada koronavirus xəstəliyindən ölüb.

Bu barədə məlumatı Fransanın səhiyyə naziri verib.

Beləliklə, bu, Avropada qeydə alınan koronavirusla bağlı ilk ölüm hadisəsidir.

Xatırladaq ki, Çinin Uhan şəhərində yayılmağa başlayan koronavirusdan ölənlərin sayı 1 500-ü ötüb, yoluxanların sayı isə 66 400-dən artıqdır. (report)


Oxunma sayı: 6755

Oxşar yazılar