Dağlıq Qarabağda erməni əsgər ölüb

  • 11:22 - 15 Fevral

Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində qanunsuz dislokasiya olunmuş Ermənistan ordusunda ölüm faktı qeydə alınıb.

"Sputnik" agentliyinin verdiyi xəbərə görə, hadisə cümə günü saat 19:00 radələrində qeydə alınıb. 

Müqaviləli hərbi qulluqçu, 23 yaşlı Ayk Asryan naməlum şəraitdə odlu silahdan açılan atəş nəticəsində ölüb.

Hadisənin təfərrüatı məlum deyil. 

APA


Oxunma sayı: 6579

Oxşar yazılar