Vilayət Eyvazovdan daha bir təyinat

  • 10:25 - 15 Fevral

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub. 

Təyinatla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. 

Əmrə əsasən, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İstismar və texniki təminat şöbəsinin baş mühəndisi, polis polkovnik-leytenantı Samir Əhmədov həmin şöbənin rəisi təyin edilib. 

BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev faktı "Report"a təsdiqləyib. 

Xatırladaq ki, ilk xəbəri unikal.org saytı yazıb.


Oxunma sayı: 16116

Oxşar yazılar