Rusiyada helikopter qəzaya uğradı - ölənlər var

  • 19:45 - 14 Fevral

Rusiyanın Yamal yarımadasında “Mi-8” helikopterinin qəza enişi etməsi nəticəsində iki nəfər ölüb.

Avropa.info xəbər verir ki, “Qazpromneft-Geo” şirkətinin əməkdaşlarını Sabetta qəsəbəsinə aparan “Sokol” aviaşirkətinə məxsus helikopter qar burulğanına düşüb. Helikopterdə 7 sərnişin və 3 nəfər heyət üzvü olub. Həlak olanlar heyət üzvləridir.

Ural Nəqliyyat Prokurorluğu helikopterdəki digər şəxslər barədə məlumatların dəqiqləşdirildiyini açıqlayıb.


Oxunma sayı: 8339

Oxşar yazılar