Azərbaycanda iki nəfər itkin düşdü – Foto

  • 17:36 - 14 Fevral

Göyçay sakini itkin düşüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Avropa.info-ya verilən məlumata görə, Göyçay rayonu, Potu kənd sakini, 23 yaşlı Ramiz Hacıyev yanvarın 16-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Evdən çıxarkən əynində cins şalvar, qırmızı köynək və qara rəngli gödəkcə olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” xidmətinə, həmçinin Göyçay rayon Polis Şöbəsinə 020-274-42-91 şəhər və (050) 774-04-91 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Digər məlumata görə, Göyçay şəhər sakini, 46 yaşlı Tərlan İsgəndərov isə fevralın 3-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Evdən çıxarkən onun əynində tünd yaşıl rəngli gödəkçə, cins şalvar və qara rəngli ayaqqabı olduğu bildirilir.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Göyçay rayon Polis Şöbəsinə 020-274-42-91 şəhər və (050) 774-04-91 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.


Oxunma sayı: 6051

Oxşar yazılar