Badamdardakı sürüşmənin səbəbi məlum oldu

  • 16:49 - 14 Fevral

“Badamdardakı sürüşmə zonasında aktivlik qeydə alınıb”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov Avropa.info-ya bildirib ki, hazırda ərazidə monitorinq aparılır.

Onun sözlərinə görə, sürüşmənin aktivləşməsi son günlər yağınıtıların artması ilə bağlıdır:

“Ümumilikdə ərazidə işlərə başlanması üçün sürüşmə səngiməlidir. Əks halda bu, təhlükəli ola bilər”.

Qeyd edək ki, sonuncu dəfə sürüşmə zonasında aktivlik yanvarın 9-da səhər saatlarında qeydə alınıb. Eni təxminən 100 metrə yaxın olan sürüşmə kütləsi Badamdar - 20-ci sahə arasında olan magistral avtomobil yoluna doğru hərəkət edərək yolu bağlayıb. Ərazidə nəqliyyatın hərəkəti məhdudlaşdırlıb.


Oxunma sayı: 12739

Oxşar yazılar