Son dəqiqə: Əsəd rejiminə məxsus daha bir vertolyot vuruldu

  • 16:32 - 14 Fevral

Suriyanın Hələb şəhəri ətrafında müxaliflər və Suriya ordusu arasında şiddətli döyüşlər getdiyi əsnada rejimə məxsus vertolyot vurulub.

Avropa.info xəbər verir ki, vertolyotun cəbhə xəttini keçərkən, Kuptan əl-Cəbəl mövqeyində açılan atəş nəticəsində vurulduğu, tüstülənərək düşdüyü görülüb.

Müxaliflərə məxsus monitorinq qrupunun verdiyi məlumata görə, Hama aeroportundan qalxan hərbi təyyarə vertolyotun vurulması xəbəri verildikdən sonra geri qayıdıb.

Xatırladaq ki, 3 gün əvvəl Sərakib şəhərində rejimə məxsus vertolyot vurulmuş, 3 nəfər həyatını itirmişdi.


Oxunma sayı: 11133

Oxşar yazılar