Senat Trampın İrana zərbə endirmək səlahiyyətini əlindən aldı

  • 14:41 - 14 Fevral

ABŞ Senatı prezidenti Donald Trampın Konqresin icazəsi olmadan İrana qarşı hərbi əməliyyatlar keçirmək səlahiyyətlərini məhdudlaşdıran qanun layihəsini qəbul edib.

Avropa.info xəbər verir ki, Senatda keçirilən səsvermədə 55 senator qanunun lehinə 45 senator əleyhinə səs verib. Demokrat partiyasının Virciniya ştatından senatoru Tim Keynin təqdim edən qanun layihəsi Konqresin razılığı olmadan İrana qarşı hər hansı əməliyyatları qadağan edirdi.

Qanun layihəsinə demokrat senatorların hamısı səs verərkən, 8 nəfər respublikaçı senatorun da onları dəstəkləməsi diqqət çəkib.

Qanunun prezident Tramp tərəfindən veto edilməsi gözlənilir.


Oxunma sayı: 5677

Oxşar yazılar