Avstraliyada 6 aydır davam edən yanğın 10 gündə söndürüldü

  • 13:11 - 14 Fevral

Avstraliyanın Yeni Cənubi Ulels ştatında 6 ay əvvəl başalayan yanğın ilk dəfə nəzarət altına götürülüb.

Avropa.info xəbər verir ki, ştatın yanğınsöndürmə xidməti NSWRFS-in verdiyi məlumata görə, 6 aydır davam edən yanğın 10 gün yağan intensiv yağışlar nəticəsində kəsildi.

Qeyd edək ki, 2019-cu ilin oktyabrında Yeni Cənubi Ulelsdə başlayan yanğın nəticəsində 33 nəfər ölmüş, 111 milyon hektar ərazi yanmış, 3 mindən çox ev külə çevrilmişdi. Yanğında 1,25 milyard heyvanın öldüyü ehtimal edilir.


Oxunma sayı: 7382

Oxşar yazılar