“Dünən Çanaqqala, bu gün Kəşmir, heç bir fərqi yoxdur” – Ərdoğan Pakistan xalqına səsləndi

  • 12:41 - 14 Fevral

Türkiyə prezidenti Ərdoğan rəsmi səfərlə getdiyi Pakistanda parlament qarşısında çıxış edib.

Avropa.info xəbər verir ki, Ərdoğan Cammu Kəşmir məsələsində Pakistanın yanında olduğunu qeyd edib.

“Pakistan xalqının Qurtuluş savaşımız əsnasında çörəyində kəsərək göndərdiyi yardımları unutmadıq. İndi eyni şey bizim üçün Kəşmirdir. Dünən Çanaqqala, bu gün Kəşmir heç bir fərqi yoxdur” – Ərdoğan deyib.

Türkiyə prezidenti 1915-ci ildə türk əsgərlərinin Çanaqqala döyüşdüyü dövrdə Pakistanda keçirilən dəstək mitinqini yaddan çıxarmadıqlarını deyib:

“Pakistanın kədərini kədərimiz, sevincini sevincimiz kimi görürük. Sizi sevməyəcəyik də, kimi sevəcəyik?”.

Ərdoğan FETÖ məktəbləri ilə bağlı apardığı mübarizə və “Barış Pınarı” əməliyyatına verdiyi dəstəyə görə, Pakistan dövləti və xalqına təşəkkür edib.

Türkiyə prezidenti Pakistan parlamentinə müraciətində Donald Tramp və Binyamin Netanyahunun “Əsrin planı”nə işğal layihəsi adlandırıb.


Oxunma sayı: 7448

Oxşar yazılar