Ev tikmək istəyənlər 2020-ci ili qaçırmasın! - Səbəb

  • 10:15 - 14 Fevral

Bu il ev arzusunda olanlar üçün düşərli ola bilər. Belə ki, ekspertlər 2020-ci ildə tikinti materiallarının ucuzlaşacağını proqnozlaşdırırlar.

Tikinti bazarında ucuzlaşmanın səbəbləri ilə bağlı daşınmaz əmlak üzrə ekspert Anar Nəsirov Lent.az -a aydınlıq gətirib. Onun sözlərinə görə, əksər pilot layihələrin və şəhərin mərkəzində yerləşən iri binaların tikintisinin bu il ərzində başa çatması qiymətlərin enməsinə şərait yaradacaq.

Pilot layihələrin inşası başlayan zaman qiymət artımı olduğunu nəzərə çatdıran ekspert, hazırda bəzi tikinti materiallarının 30 faizə qədər ucuzlaşdığını da dilə gətirib.

Yayda sement və taxtanın qismən bahalaşacağını deyən Anar Nəsirov, payızda qiymətlərin kəskin ucuzlaşacağını bildirib.


9FGV9jiEq9Q

Oxunma sayı: 7415

Oxşar yazılar