Əfqanıstanda qar uçqunu - 21 nəfər öldü
- 23:10 - 13 Fevral
Əfqanıstanın Daykundi kəndində qar uçqunu baş verib.
“Qafqazinfo”nun məlumatına görə, təbii fəlakət nəticəsində 21 nəfər ölüb, 10 nəfər yaralanıb. Daha 7 nəfər isə uçqun altında qalıb. Onların xilas edilməsi istiqamətində işlər aparılır.
Qeyd edək ki, qar uçqunu nəticəsində 50 ev dağılıb, onlarla heyvan tələf olub.