Ağstafada baş verən qəzada iki nəfər xəsarət alıb

  • 13 Fev - 2020

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın  məlumatına görə, rayonun Vurğun qəsəbəsində “VAZ” markalı minik maşını ilə “Ford transit” markalı yük maşını toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü  xəsarət alaraq, xəstəxanaya yerləşdirilib. 

Xəsarət alanlar 1988-ci il təvəllüdlü Hüseynov Elvin Əkrəm oğlu və 1990-cı il təvəllüdlü  Ələkbərov Vüsal İlqar oğludur. 

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

 


Oxunma sayı: 3422

Oxşar yazılar