MSK bu dairələrlə bağlı qərar verdi

  • 18:19 - 13 Fevral

81 saylı Beyləqan Seçki Dairəsindən deputatlığa namizəd Anar Məmmədov və digər şəxslərin müraciətinə baxılıb.

Avropa.info xəbər verir ki, A. Muxtarova müraciətlərin araşdırılması üçün DSK-ya göndərilməsini təklif edib.

 

MSK müraciətlərin DSK-ya göndərilməsinə qərar verib.

Qeyd edək ki, bu dairədə YAP-ın namizədi Şahin İsmayılov lider namizəd elan olunub.

***

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 91 saylı Ucar seçki dairəsindən deputatlığa namizəd olan Əbil Məmmədovun şikayətinə baxılıb. 

Bu barədə MSK-nın katibi Arifə Muxtarova bildirib. A. Muxtarova bildirib ki, müraciət aidiyyəti üzrə seçki dairəsinə göndərilib.

***

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 60 saylı Salyan-Neftçala seçki dairəsində səsvermə nəticələri ilə bağlı şikayətə baxılıb.

Avropa.info xəbər verir ki, sonda həmin müraciətin Dairə Seçki Komissiyasına göndərilməsi ilə bağlı qərar qəbul edilib.

Qeyd edək ki, 60 saylı Salyan-Neftçala seçki dairəsinin lider namizədi Fəzail Ağamalıdır.


Oxunma sayı: 9461

Oxşar yazılar