Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları “Əsgərə salam” aksiyasına qoşuldu – Fotolar

  • 16:23 - 13 Fevral

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yanvarın 17-də  start verdiyi “Əsgərə salam” aksiyası davam edir.

Avropa.info xəbər ki, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin “Əsgərə salam” aksiyasına qoşularaq Silahlı Qüvvələrimizin şəxsi heyəti ilə həmrəyliyini nümayiş etdirib.

Aksiya başlandıqdan indiyədək Silahlı Qüvvələrimizin şəxsi heyəti ilə həmrəyliyini bildirən vətənpərvərlərin sayı yüzlərlədir. Soyuq səngərlərdə əldə silah düşmənlə üz-üzə dayanan, öz xidməti vəzifəsini və vətən qarşısında övladlıq borcunu şərəflə yerinə yetirən hərbçilərimizin qəlbinə hərarəti xalqımızın sevgisi və etibarı, dövlətimizin gücü və qüdrəti  verir. Paytaxtdan və bölgələrdən müxtəlif sosial qrupların, o cümlədən müharibə əlilləri və veteranlarının, ayrı-ayrı iş kollektivlərinin böyük həvəslə qoşulduqları aksiya onlarda böyük ruh yüksəkliyi yaradır, cəmiyyətimizi vətənpərvərlik ideyası ətrafında daha sıx birləşdirir. 

Görüntünün olası içeriği: bir veya daha fazla kişi, sahnedeki insanlar, kalabalık, ağaç, gökyüzü ve açık hava

 

Görüntünün olası içeriği: 20 kişi, ayakta duran insanlar, şunu diyen bir yazı 'Müdafia Sanayesi Nazirliyi IN-03-226'

 

Görüntünün olası içeriği: bir veya daha fazla kişi, ayakta duran insanlar ve açık hava

 

Görüntünün olası içeriği: bir veya daha fazla kişi, sahnedeki insanlar, ayakta duran insanlar, kalabalık ve açık hava

 

Görüntünün olası içeriği: bir veya daha fazla kişi, ayakta duran insanlar, gökyüzü, kalabalık ve açık hava

Oxunma sayı: 5083

Oxşar yazılar