MSK-nın ilk qərarı: Çingiz Qənizadənin dairəsinin nəticələri ləğv edildi

  • 16:17 - 13 Fevral

Mərkəzi seçki komissiyasının bu gün keçirilən iclasınsa 80 saylı İmişli-Beyləqan seçki dairəsindən Şirinov Hikmət, Razim Əmiraslanlı digər namizədlərin şikayətlərinə baxılıb.

Bu barədə Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova məlumat verib.

A. Muxtarova bildirib ki, bəzi seçki məmtəqələrində seçki bülletenləri əvvəlcədən kəsilmiş, barmaqlar rənglənməmiş, müşahidəçiıərin səsvermənin hesabıanması prosesində iştirakına maneələr yaradılıb: “ Araşdırma zamanı məlum olub ki, 49 protokolun 11-də səsvermənin nəticələri seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermir. Qutudan çıxan bülletenlərin sayı ilə seçicilərin sayı uyğun gəlmir. Ekspert qrupu araşdırandan sonra belə bir nəticəyə gəlib ki, dairə üzrə seçkilər etibarsız sayılsın”.

***

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün parlament seçkiləri ilə bağlı iclas keçirir.

Avropa.info-nun məlumatına görə, iclasda seçkilərlə bağlı müraciətlərə, o cümlədən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyasının hesabatına baxılır.


Oxunma sayı: 7404

Oxşar yazılar