Ərdoğan Kılıçdaroğlunu məhkəməyə verdi

  • 13 Fev - 2020

Türkiyə prezidenti Ərdoğan parlamentin qrup iclasındakı çıxışında işlətdiyi ifadələrə görə, 500 min lirə mənəvi təzminat tələbi ilə CHP lideri Kamal Kılıçdaroğlunu məhkəməyə verib.

Avropa.info xəbər verir ki, Kılıçdaroğlu çıxışında onun haqda “FÜTÖ-nünü siyasi ayağı Ərdoğandır” ifadələri işlətmiş, Ərdoğan da “FETÖ-nünü siyasi ayağı Kılıçdaroğlu və komandasıdır” demişdi.

Xatırladaq ki, Türkiyə siyasətində “FETÖ-nünü siyasi ayağı” müzakirəsi sabiq Baş Qərargah rəisi İlkər Başbuğun 2009-cu ilin 26 iyununu işarə etməsi ilə başlamışdı. Ərdoğan AKP-li deputatların Başbuğu məhkəməyə verməsinin lazımlığını demişdi. 


Oxunma sayı: 3037

Oxşar yazılar