Ərdoğanın İdlib xəbərdarlığına Rusiya MN-dən reaksiya

  • 14:51 - 13 Fevral

Türkiyə prezidenti Ərdoğanın “ Hərbçilərimizə ən kiçik zərərin toxunulması halında İdlib və Soçi müqavilələri ilə məhdudiyyət qoymadan rejim qüvvələrini hər yerdə vuracağıq” xəbərdarlığına Rusiya reaksiya verib.

Avropa.info xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin  yaydığı açıqlamada Türkiyənin İdlib bölgəsinə yığdığı hərbçi və hərbi texnikanın vəziyyəti xeyli qəlizləşdirdiyi qeyd olunur. Rusiya MN tərəflərin müqaviləyə sadiq qalması halında Rusiya və Türkiyənin bu işin öhdəsindən gələcəyinə əminliyini bildirib.

Ruusya MN İdlib atəşkəs zonasında böyük miqyasda qaçqın axınının olması ilə bağlı iddiaları rədd edib:

“İdlibdəki mülki əhalin təhlükəli zonaları təhlükəsiz şəkildə tərk edərək Suriya ordusunun nəzarəti altında olan bölgələrə sığınırlar”.


Oxunma sayı: 7976

Oxşar yazılar