Təcili! Qalib Rauf Arifoğlu 35 saylı dairədə seçkilərin nəticələrinin ləğvini tələb edir

  • 13 Fev - 2020

35 saylı Xətai üçüncü seçki dairəsindən lider olan “Yeni Müsavat” Media Qrupunun təsisçisi Rauf Arifoğlu 35 saylı Xətai üçüncü seçki dairəsində seçkilərin nəticələrinin ləğv edilməsi ilə bağlı çağırış edib.

Avropa.info xəbər verir ki, Rauf Arifoğlu bu barədə sosial şəbəkədəki hesabında paylaşım edib.

R.Arifoğlu bildirib ki, rəqibi onun qələbəsini qəbullana bilmir:

"Mərkəzi Seçki Komissiyası ləğv etsin, bir daha yarışaq. Sosial şəbəkədə fırtına yaradırlar! Bütün seçki boyu saxtakarlıqlara əl atanlar bizi saxta yolla seçilməkdə suçlayırlar! İnsanları manipulyasiya edirlər!

Təmiz, halal bir qələbə qazanmışam. Qəbullana bilmirlər. Araz Əlizadəni quzu kimi qəbullanmışdılar, mənim möhtəşəm qələbəmi sinirə bilmirlər. 5000 səs fərqilə özündən razı rəqibimi qutuda qoymuşam. Qane olmurmu? Qəbul etmirmi? Haydı, mən də razıyam! Bir daha yarışaq! Bu dəfə klon namizədlər olmadan, fırıldaqlar, təxribatçı qadınlar olmadan! Heç nə dəyişməyəcək! Yenə udacam!

Hodri meydan! Yarış yenidən başlasın! Bunu bu dəfə mən tələb edirəm!”


Oxunma sayı: 8812

Oxşar yazılar