Bakı məktəblisi 3 erməni idmançını məğlub etdi - Foto

  • 14:08 - 13 Fevral

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 258 nömrəli tam orta məktəbin X sinif şagirdi Vəli Vəliyev karate idman növü üzrə beynəlxalq yarışda bütün rəqibləri üzərində qalib gələrək Azərbaycan bayrağını qaldırıb, himnimizi səsləndirib.

BŞTİ-dən Avropa.info-ya verilən məlumata görə, 12 ölkənin qatıldığı yarışda V.Vəliyev 57-60 kiloqram çəki dərəcələrində 3 erməni idmançını məğlub edərək yüksək xal hesabı ilə qızıl medal və kuboka layiq görülüb.

Qeyd edək ki, bu, Bakı məktəblisinin ilk uğuru deyil, o, daha əvvəl ölkədaxili və beynəlxalq yarışlarda ümumilikdə 12 qızıl medal qazanıb.


Oxunma sayı: 6909

Oxşar yazılar