“Türkiyə İdlbdə özünümüdafiə haqqına sahibdir” – ABŞ-ın Suriya üzrə nümayəndəsi

  • 13 Fev - 2020

Suriya ilə bağlı danışıqlar aparmaq üçün Ankaraya hələn ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri Türkiyənin İdlibdəki qanuni maraqlarını dəstəklədiyini, türk əsgərinin özünümüdafiə haqqı olduğunu deyib.

Avropa.info xəbər verir ki, o, bu barədə Türkiyənin NTV kanalına danışıb. Türkiyənin humanitar fəlakətlə təkbaşına mübarizə apara bilməyəcəyini qeyd edən Cefri bu sözləri deyib:

“Regionda müharibə olacağını düşünmürəm. Türkiyənin İdlibdəki qanuni maraqlarını dəstəkləyirik. Türkiyənin rejim qüvvələrinə qarşılıq verməsini anlayırıq. ABŞ-ın Suriya ilə bağlı mövqeyi ziddiyyətli deyil. YPG “Barış Pınarı” əməliyyatı bölgəsindən çıxdı. Türkiyə ilə müqaviləyə əməl etdik. Suriyada qeyri-stabilliyi Rusiya və Əsəd yaratdı. Suriyada Rusiya və İranın fərqli məqsədləri var”.


Oxunma sayı: 2938

Oxşar yazılar