Pakistan Talibanının lideri Şəhriyar Məsud öldürüldü

  • 13 Fev - 2020

Pakistanın Talibanının (TTP) “Hakimullah Məsud” qruplaşmasının lideri Şəhriyar Məsud öldürülüb.

Avropa.info xəbər verir ki, qruplaşmanın yaydığı məlumata görə, Məsudu aparan avtomobil Əfqanıstanın Kunar vilayətində yol kənarına yerləşdirilən mina uzaqdan idarəetmə yolu ilə partladılıb. Partlayışda ölən Məsudun yerinə müavinlərindən biri Mövlana Vali Məhəmməd gətirilib.

Qruplaşmanın liderlərindən Seyfulla Məsud “Hakkani” qruplaşmasının hücumu nəticəsində keçən ilin dekabrında öldürülmüşdü.

Bir səs yazısından əldə olunan məlumata görə, qruplaşma 2019-cu ildə Pakistanda 75 terror aktı təşkil edib.

2007-ci ildə Pakistanın Cənubi Vəziristan bölgəsində Beytulla Məsud tərəfindən yaradılan TTP bu gün “Svat”, “Məsud”, “Bajaur” və “Dara Adam Hel” qruplarına ayrılıb.


Oxunma sayı: 4093

Oxşar yazılar