Bakıda 4 milyon manata villa satışa çıxarıldı

  • 13 Fev - 2020

Bakıda satışda olan ən bahalı və ən ucuz mənzillərin qiyməti və yerləşdiyi ərazi məlum olub.

Avropa.info xəbər verir ki, bu barədə ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, ötən ay Bakıda ən bahalı mənzil Nərmanov rayonunda qeydə alınıb.

Onun sözlərinə görə, bu rayonda yeni binada yerləşən 285 kvatratmetr sahəsi olan 4 otaqlı mənzilin qiyməti 1 850 000 manat olub.

N.İbrahimov bildirib ki, ən ucuz mənzil qiyməti isə Qaradağ rayonunda 4 otaqlı, təmirli və “Leninqrad” layihəsi olan mənzil olub, qiyməti 40 min manat təşkil edib.

N.İbrahimov vurğulayıb ki, ən bahalı həyət evi isə 4 milyon manat dəyərində Binəqədidə Heydər Məscidinin yaxınlığında yerləşən və 600 kvadratmetr sahəsi olan villa olub.


Oxunma sayı: 3048

Oxşar yazılar