Suriyalıların ABŞ hərbçilərini daşa basmasının kadrları yayıldı – Video

  • 13 Fev - 2020

Suriyanın şimalında yerləşən Qamışlı şəhərində amerikan əsgərləri ilə yerli əhali arasında baş verən münaqişənin video kadrları yayılıb.

Avropa.info xəbər verir ki, kadrlarda suriyalıların amerikan hərbi avtomobil kolonnasını daşa basdığı, amerikalı hərbçilərin isə dinc əhaliyə atəş açdığı görünür. Münaqişənin  rus hərbi patrulu sayəsində sakitləşdirmək olub. Onlar amerikalıları Himo yaşayış məntəqəsində yerləşən bazaya gətiriblər.

Münaqişənin başlamasına səbəb isə dünən amerikalıların 14 yaşlı yeniyetməni öldürməsi olub. Suriya vətəndaşları və amerikalı hərbçilər arasında münaqişə dünən səhər Qamışlıdan şərqdə yerləşən blokpostların birində baş vermişdi.


Kbl0pyv56fY

Oxunma sayı: 2641

Oxşar yazılar