Gürcüstanın sabiq prezidenti siyasətə qayıdır

  • 21:27 - 12 Fevral

Gürcüstanın sabiq prezidenti Giorgi Marqvelaşvili (2013-2018) siyasətə qayıdır.

Bu barədə yerli mətbuata o özü məlumat verib.

Sabiq dövlət başçısı deyib ki, Gürcüstan ciddi təhlükə qarşısındadır və ölkənin Qərbmeylli kursunun dəyişməməsi üçün hər şeyi etməyə hazırdır: “Biz Gürcüstanın demokratik və Qərbyönümlü kursunu dəyişməyə imkan verməyəcəyik. Bu, ölkənin nə vaxtsa demokratik olacağı ümidi ilə yaşayanlar üçün əhəmiyyətlidir. Biz bu seçimi müdafiə etməyə çalışacağıq”.

G.Marqvelaşvili siyasətə hansı formada qayıdacağını dəqiqləşdirməyib və bu məsələ ilə bağlı müxalifətlə məsləhətləşmələrə hazır olduğunu qeyd edib.(“Report”)


Oxunma sayı: 2641

Oxşar yazılar