Suriyada Əsəd rejiminə böyük zərbə : İki generalı öldürüldü

  • 12 Fev - 2020

Suriyada Əsəd rejiminin iki generalı öldürülüb.

Avropa.info xarici KİV-lərə istinadən xəbər verir ki, rejimin generalları İdlib və Hələb ətrafındakı döyüşlərdə müxaliflər tərəfindən öldürülüb. 

Məlumatlara görə, Əsəd rejiminin yüksək səviyyəli generallarından olan Mahmud İbrahim İdlibin cənub kəndlərinin birində döyüşlər zamanı həyatını itirib.

Digər adı açıqlanmayan general isə Hələbin qərbində müxaliflər tərəfindən öldürülüb.

Qeyd edək ki, Əsəd rejimi və İran dəstəkli terror qruplarının Soçi və Astana sazişlərini pozaraq İdlibə hücum etməsi nəticəsində Suriyada yenidən qarşıdurmalar başlayıb.
 


Oxunma sayı: 17931

Oxşar yazılar