Keçmiş məhkumun evindən qumbara tapıldı

  • 17:39 - 12 Fevral

Qobu qəsəbə sakini S.Salmanovun evindən "F-1" markalı qumbara, 1 ədəd qumbara alışdırıcısı və 1 ədəd süngü bıçaq aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Avropa.info-ya verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonunun Qobu qəsəbə sakini, əvvəllər məhkum olunmuş S.Salmanovun evindən "F-1" markalı qumbara, 1 ədəd qumbara alışdırıcısı və 1 ədəd süngü bıçaq aşkar edilərək götürülüb.


Oxunma sayı: 2894

Oxşar yazılar