Anası tərəfindən işğəncəyə məruz qalan uşaq nəzarətə götürüldü

  • 17:28 - 12 Fevral

Tərtərdə ananın azyaşlı övladına işgəncə verməsi ilə bağlı həmin ailə Ailə, Qadın və Uşaq Problemləri Komitəsi tərəfindən nəzarətə götürülüb.

Bu barədə Avropa.info -ya Komitədən məlumat verilib.

Bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, Tərtərin Azadqaraqoyunlu kənd sakini Könül Dünyamalıyeva yaşadığı evdə şişi qaz sobasında qızdıraraq oğlu, 2011-ci il təvəllüdlü Telman Dünyamalızadənin bud, çanaq, qol və əlinə basıb. Uşağın atası R. Dünyamalıyevin şikayətindən sonra Tərtər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.4-cü( yetkinlik yaşına çatmayan şəxsə əzab vermə) maddəsilə cinayət işi başlanıb.


Oxunma sayı: 2916

Oxşar yazılar