BMU-da “Gənc tədqiqatçıların IV beynəlxalq elmi konfransı” keçiriləcək

  • 12 Fev - 2020

29-30 aprel 2020-ci il tarixlərində Bakı Mühəndislik Universitetində (BMU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Gənc tədqiqatçıların IV beynəlxalq elmi konfransı” keçiriləcək.

Avropa.info xəbər verir ki, konfransın keçirilməsində məqsəd dünyanın müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən gənc tədqiqatçıları bir araya gətirmək, bu sahədə əldə olunan elmi nailiyyətləri, təcrübələri paylaşmaq, ortaq problemləri təhlil etmək və onların həll yolları üçün təkliflər irəli sürmək, həmçinin gənclərin elmə olan marağını artırmaqdır.

BMU-da hər il ənənəvi olaraq təşkil olunan konfransın elmi istiqaməti mühəndislik, təbiət, iqtisadiyyat, filologiya, pedaqogika, tarix və sosiologiya elmləridir.

Konfransa təqdim olunacaq tədqiqatlar elektron formada göndərilməlidir. Məqalə göndərmək üçün son müraciət tarixi isə 7 aprel 2020-ci ildir. Yazı qaydaları və konfransla bağlı daha ətraflı məlumatı http://yric.az/ saytından əldə etmək mümkündür.


Oxunma sayı: 3169

Oxşar yazılar