Qarabağda daha 2 erməni əsgəri öldü

  • 12 Fev - 2020

Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisində Ermənistan ordusunun daha 2 əsgəri ölüb.

Avropa.info azvision.az-a istinadən xəbər verir ki, bu gün saat 11:30 radələrində 2000-ci il təvəllüdlü Tiqran Manvelyan aldığı güllə yarasından ölüb. Onun ölüm səbəbi araşdırılır.

Bundan başqa, 2019-cu ildə hərbi xidmətə çağrılan Tiqran Mxoyan ona təhkim olunan silahla özünə qəsd edib.

Qeyd edək ki, cari ilin 1 yanvar tarixindən fevralın 9-dək olan müddətdə Ermənistan ordusunun 8 əsgəri ölüb. Onların hamısı qeyri-döyüş şəraitində həyatlarını itiriblər.


Oxunma sayı: 3532

Oxşar yazılar