Azərbaycan güləşçisi Sənan Süleymanov Avropa çempionu oldu – Foto

  • 10:00 - 12 Fevral

Azərbaycanın yunan-Roma güləşçisi (77 kq) Sənan Süleymanov İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Avropa.info-nun məlumatına görə, o, finalda macarıstanlı Zotlan Levaiyə qalib gəlib. Bununla da S.Süleymanov karyerasında ilk dəfə Avropa çempionu olub.

S.Süleymanov mübarizəyə təsnifat mərhələsindən başlayıb. O, əvvəlcə Bolqarıstanı təmsil edən erməni Aik Mnatsakanyanı 5:3, 1/8 finalda italiyalı Matteo Maffetsolini 7:0, 1/4 finalda yunanıstanlı Georgios Prevolarakisi 6:4 (tuşe) və yarımfinalda ermənistanlı Karapen Çalyanı 3:0 hesabı ilə yenib.

Digər güləşçimiz İslam Abbasov isə Avropa çempionatında bürünc medal qazanıb.

87 kq çəki dərəcəsində mübarizə aparan 24 yaşlı pəhləvanımız 3-cü yer uğrunda görüşdə litvalı Eyvidas Stankeviçyusu məğlubiyyətə uğradıb - 6:2.

Beləliklə, Azərbaycan millisi günü 1 qızıl, 2 bürünc medalla başa vurub. Xatırladaq ki, daha əvvəl Eldəniz Əzizli (55 kq) də bürünc medala yiyələnmişdi.


Oxunma sayı: 7261

Oxşar yazılar