Mikayıl Cabbarov: Qeyri-neft sektorunda artım tempi 2 dəfəyədək sürətlənib

  • 18:08 - 11 Fevral

Qeyri-neft sektorunda artım tempi 2 dəfəyə yaxın sürətlənib. 

Avropa.info xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov fevralın 11-də vergi xidməti işçilərinin peşə bayramı günü ilə əlaqədar keçirilən “Vergi islahatları: Birlikdə kölgədən işıqlığa doğru” adlı konfransda deyib. 

O bildirib ki, ötən il Azərbaycanda iqtisadi artım tempi 2,2 faiz yüksəlib. Qeyri-neft sektorunda artım tempi 2 dəfəyədək sürətlənərək 3,5 faizə çatıb. Ölkənin strateji valyuta ehtiyatları 52 milyard ABŞ dollarına çataraq ÜDM-in həcminin 90 faizini ötüb. Qeyri-neft ixracının həcmi isə 14 faizədək artaraq 2 milyard dollar təşkil edib.


Oxunma sayı: 7096

Oxşar yazılar