Əsəd rejiminin 5 türk əsgərini şəhid etməsinə Türkiyə ordusundan ağır cavab : 101 Əsəd əsgəri, 3 tank və 1 helikopter məhv edildi

  • 21:12 - 10 Fevral

Əsəd rejiminin İdlibdə Türkiyə ordusuna hücum etməsi nəticəsində 5 türk əsgərinin şəhid olmasına cavab olaraq 101 rejim silahlısı məhv edilib. 

Avropa.info xəbər verir ki, bu haqda Türkiyə Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib. 

Yayılan açıqlamada 115 Əsəd rejimi hədəfinin vurulduğu və 101 rejim silahlısının məhv edildiyi qeyd olunub.

"İdlibdə təhlükəsizlik bölgəsinin gücləndirilməsi üçün göndərdiyimiz hərbi birliklərə rejim tərəfindən edilən hücuma məşru müdafiə haqqımız çərçivəsində cavab verilmişdir. Bölgədə təsbit edilən 115 rejim hədəfi dərhal atəş altına alınmış, ilkin təsbitlərimizə görə 101 rejim silahlısı məhv edilmişdir. Bundan başqa Əsəd rejiminə məxsus 3 tank, 2 top və 1 helikopter vurularaq zərərsizləşdirilib.Müəyyən etdiyimiz hədəflərə atəşlərimiz davam edir. Şəhid və yaralılarımızın qanı yerdə qalmamış, qalmayacaqdır" - Müdafiə Nazirliyinin bəyanatında belə deyilir.

Xatırladaq ki, bu gün Əsəd rejimi silahlıları Türkiyənin İdlibdəki növbətçi nöqtələrinə atəş açmış, 5 əsgər şəhid olmuş, 5 əsgər yaralanmışdı.


Oxunma sayı: 27171

Oxşar yazılar