Nazir Ramin Quluzadə Ukrayna və Meksika nümayəndə heyətləri ilə görüşüb - FOTO

  • 19:10 - 10 Fevral

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ölkədə səfərdə olan Ukrayna Ali Radasının nümayəndə heyəti ilə görüş keçirib.

Nazirlikdən verilən məlumata görə, 9 fevral 2020-ci il tarixində Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə beynəlxalq müşahidəçi qismində iştirak edən rəsmilər ölkədə seçkinin demokratik keçdiyini qeyd ediblər.

Görüş zamanı iki ölkə arasında nəqliyyat sahəsində mövcud əməkdaşlıq, gələcək inkişaf perspektivləri və görüləcək işlər geniş müzakirə olunub. Azərbaycan və Ukrayna arasında beynəlxalq yükdaşımalarının səmərəli təşkili və həcminin daha da artırılması məqsədilə birgə addımların atılmasının vacibliyi vurğulanıb. Azərbaycan üzərindən tranzit daşımaları və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşımaları məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Nazir R. Quluzadə, həmçinin ölkədə səfərdə olan Meksika nümayəndə heyəti ilə görüşüb. Rəsmilər Azərbaycan Milli Məclisinə keçirilən növbədənkənar seçkilərin şəffaf və demokratik olduğunu, seçki mühitindən razı qaldıqlarını vurğulayıblar.

Nazirlikdə baş tutan görüşdə telekommunikasiya, informasiya texnologiyaları, innovasiyalar və yüksək texnologiyalar sahəsinə dair fikir mübadiləsi aparılıb. Meksika tərəfi Azərbaycanın bu sahədəki inkişafını yüksək qiymətləndirib və ölkənin təcrübəsini öyrənmək istədiklərini bildirib.

Görüşdə həmçinin iki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlığın gələcək inkişaf perspektivləri də müzakirə olunub.

1 / 3

 


Oxunma sayı: 6876

Oxşar yazılar