Parlament seçkiləri ilə bağlı ilkin seçici fəallığı açıqlayıb

  • 00:42 - 10 Fevral

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən parlament seçkilərində ilkin seçici fəallığını açıqlayıb.

Avropa.info xəbər verir ki, MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, respublika üzrə 2 547982 nəfər səs verib, seçici fəallığı 47.81 faiz olub.

Qeyd edək ki, Milli Məclisə seçkilərlə əlaqədar səsverməyə bu gün saat 08:00-da start verilib, saat 19.00-da başa çatıb.  

Səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir. 


Oxunma sayı: 7536

Oxşar yazılar