Həbib və Makqreqor arasında revanş döyüşü olmayacaq – Səbəb

  • 15:33 - 09 Fevral

Qarışıq döyüş növləri üzrə çempion, dağıstanlı döyüşçü Həbib Nurməhəmmədov və irland rəqibi Konor Makqreqor arasında revanş döyüşü olmayacaq.

Avropa.info xəbər verir ki, Həbibin meneceri Əli Əbdül Əziz ESPN kanalına müsahibəsində bu təşəbbüsü rədd etdiyini açıqlayıb. 

“Ən yaxşı halda döyüş küçədə baş tuta bilər. Bu döyüşün baş tutması üçün Makqreqor qeyri-adi hərəkət etməlidir, başa düşürsüz?” - Əli Əbdül Əziz Makqreqorun 2018-ci ilin oktyabrı Hyustondakı döyüş zamanı “qırmızı xətti” keçdiyini deyib.

Buna baxmayaraq UFC sədri Deyn Uayt Makqreqorun Həbib Nurməhəmmədov – Toni Ferqüsson döyüşünün qalibi ilə döyüş keçirmək planını açıqlayıb. Bu görüş 19 apreldə Bruliklində keçiriləcək.


Oxunma sayı: 8504

Oxşar yazılar