Azərbaycan teleməkanında ilk: İdman aparıcımız tarixə düşdü

  • 10:58 - 09 Fevral

Azərbaycan idman teleməkanında bir ilk yaşanıb.

Lent.az -ın məlumatına görə, Azərbaycan Premyer Liqasının XVI turu çərçivəsində keçirilən “Qarabağ”-“Neftçi” görüşünü şərh edənlər arasında Səmra Əliyeva da olub.

Səmra qadın şərhçi kimi Azərbaycan idman tarixinə düşüb. Çünki indiyədək müxtəlif səviyyəli futbol turnirlərini heç vaxt qadın şərhçi şərh etməyib. Onu da qeyd edək ki, Səmra oyunu Gündüz Abbaszadə ilə birgə şərh edib.


Oxunma sayı: 9131

Oxşar yazılar