Azərbaycan derbisində qalib müəyyənləşməyib

  • 08 Fev - 2020

Bu gün Azərbaycan Premyer Liqasında XVI tura yekun vurulub.

Apasport.az saytının məlumatına görə, ikinci oyun günündə iki matç keçirilib.

Günə Sumqayıtda start verilib. Burada turnir cədvəlindəki qonşular – şəhərin eyniadlı komandası ilə “Zirə” üz-üzə gəliblər. Üç qolun vurulduğu matçda meydan sahibləri qalib gələrək 4-cü pilləyə yüksəliblər. İki qırmızı vərəqə ilə cəzalanan qonaqlar matçı 9 nəfərlə tamamlayıblar.

Tura Azərbaycan derbisi ilə yekun vurulub. Ölkənin iki ən titullu klubu “Qarabağ”la “Neftçi”nin duelində qapılara qol vurulmayıb. Bu, iki komandanın ümumilikdə 100-cü dueli kimi tarixə düşüb.

Qeyd edək ki, turun ilk günündə “Sabah” evdə “Qəbələ”ni 3:2, “Səbail” səfərdə “Keşlə”ni 1:0 hesabı ilə yenib.

Azərbaycan Premyer Liqası
XVI tur
8 fevral (şənbə)

“Sumqayıt” – “Zirə” - 2:1
Qollar: Cəfərquliyev, 13, Nəcəfov, 66 - Ramazanov, 35
Qırmızı vərəqələr: Muradov, 37, Ramazanov, 68
Hakimlər: Orxan Məmmədov, Pərvin Talıbov, Nahid Əliyev, Namiq Bəkirov
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 3. Vurğun Hüseynov (k), 97. Xəyal Nəcəfov, 46. Aleksey İsayev, 22. Sərtan Taşqın, 90. Rəhim Sadıxov, 10. Əmir Ağayev, 8. Peyman Babayi, 5. Camaladdin Xocaniyazov, 18. Süleyman Əhmədov, 44. Elvin Cəfərquliyev
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 33. Ələkbər Ağayev, 2. Rail Məlikov, 14. Elvin Bədəlov, 9. Amil Yunanov, 50. İlqar Qurbanov, 70. Mehdi Şərifi, 20. Rüfət Abdullazadə, 28. Səbuhi Abdullazadə, 30. Nəbi Məmmədov, 88. Cavid Quliyev
Baş məşqçi: Ayxan Abbasov
“Zirə”: 28. Boyan Zoqoviç, 8. İlkin Muradov, 88. Tellur Mütəllimov, 7. Cavid Hüseynov (k), 10. Ağabala Ramazanov, 27. Adrian Skarlatake, 43. Riçard Qadze, 3. Ali Sisey, 18. Corc Anton, 11. Davit Volkov, 55. Rauf Hüseynli
Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 62. Abdulla Seyidəhmədov, 33. Yovan Krneta, 23. Mfo Kqasvane, 48. Şafik Tiqrudja, 25. Miloş  Bakraç, 6. Alvaro Ampuero, 20. Əli Şirinov, 70. Nicat Süleymanov
Baş məşqçi: Zaur Həşimov
“Kapital Bank Arena”, 17:30

“Qarabağ” – “Neftçi” - 0:0
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Elşad Abdullayev, Səbuhi Bayramov
“Qarabağ”: 12. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev, 2. Qara Qarayev, 14. Rəşad Sadıqov (k), 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 8. Markos Madera, 17. Abdullah Zubir, 9. Xayme Romero, 3. Ailton Silva, 18. İsmayıl İbrahimli
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 94. Nicat Mehbalıyev, 30. Abbas Hüseynov, 7. Araz Abdullayev, 19. Filip Ozobiç, 99. Maqaye Qeye, 23. Faysal Rerras, 27. Kvabena Ovusu, 21. Hacıağa Hacılı, 66. Cavid Bayramov, 24. Nihad Tamazov, 71. Toral Bayramov 
Baş məşqçi: Qurban Qurbanov

“Neftçi”: 30. Aqil Məmmədov, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 10. Dario Frederiko, 9. Baqali Dabo, 3. Mamadu Mbodj, 36. Mamadu Kane, 77. Donald Qerye, 88. Saman Nərimancahan, 5. Anton Krivotsyuk, 26. Ömər Buludov 
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 12. Kamran İbrahimov, 17. Rəhman Hacıyev, 18. Tural Axundov, 22. Mirabdulla Abbasov, 93. Soni Mustivar, 11. Evangelos Platellas, 28. Stiven Monroz, 55. İbrahim Əliyev, 33. Turan Vəlizadə, 80. İsmayıl Zülfüqarlı, 40. Vüqar Həsənov
Baş məşqçi: Füzuli Məmmədov
Tofiq Bəhramov adına Respublika stadionu, 20:00

1Qarabağ16105125-735
2Neftçi1676323-1227
3Keşlə1675420-1426
4Sumqayıt1664621-2222
5Zirə1655621-2420
6Sabah1644817-2216
7Səbail1643911-2515
8Qəbələ1634917-2913

Bombardirlər: Lorenzo Frutos ("Keşlə"), Peyman Babayi ("Sumqayıt"), Stiven Monroz ("Neftçi") - 6 qol.


Oxunma sayı: 2751

Oxşar yazılar