Ankarada gənc oğlan anasını qorumaq istədi, atasını öldürdü

  • 19:33 - 08 Fevral

Türkiyənin Ankara şəhərində yeniyetmə atasını öldürüb.

“Anadolu” agentliyinin xəbərinə görə, Altındağ rayonunda 15 yaşlı M.Ü. atasına atəş açıb.

Belə ki, onun atası 40 yaşlı Hakan Ü. sərxoş vəziyyətdə evə gələrək arvadı S. Ü. ilə mübahisə ediblər.

Mübahisə böyüyəndə Hakan Ü. arvadını döyərək silahla hədələyib.

Bu zaman onları ayırmaq istəyən oğulları M.Ü. silahı zorla atasının əlindən almaq istəyib. Atəş açılıb və atasının başına güllə dəyib.

Hadisə yerinə gələn tibb işçiləri Hakan Ü.-nün öldüyünü bildiriblər.

M. Ü. isə nəzarətə götürülüb, araşdırma davam edir.


Oxunma sayı: 9703

Oxşar yazılar