Abşeronda narkotacir 2 kq-dan çox heroinlə tutulub

  • 14:10 - 08 Fevral

Abşeronda narkotacir tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Avropa.info-ya verilən məlumata görə, Əlahiddə Çevik Polis Alayı və Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının Xırdalan şəhəri ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini E.Qurbanov saxlanılıb. 

Ondan çəkisi 2 kiloqram 275 qram heroin aşkar edilərək götürülüb.


Oxunma sayı: 7085

Oxşar yazılar