Keçmiş məhkumdan narkotik vasitə və silah aşkarlandı - FOTO

  • 23:15 - 07 Fevral

Masallı sakinindən narkotik vasitə və silah götürülüb.

“Report”un verdiyi xəbərə görə, Masallı Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları əməliyyat məlumatlarına əsasən əvvəllər məhkum olunmuş rayon sakini Bayram Böyükxan oğlu Feyzullayevi saxlayıb. Polis şöbəsində onun üzərinə baxış keçirilən zaman kibrit qutusunda qablaşdırılmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

 

 

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Bayram Feyzullayevin Masallı rayonu Təzə Alvadı kəndində yerləşən yaşayış evinə də baxış keçirilib. Evin həyətyanı sahəsində olan tövlədə bir ədəd bağlamada təmiz çəkisi 24 qram narkotik vasitə olan qurudulmuş marixuana, bir ədəd 5,6 mm kalibrli TOZ-16 modelli atəşə yararlı vəziyyətdə olan, “Karabin” markalı odlu silah və 24 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı Masallı RPŞ-in İstintaq Bölməsində cinayət işi başlanılıb, istintaq aparılır.


Oxunma sayı: 6634

Oxşar yazılar